• $
  • €
  • ₽
  • ₺
  • £

ABB mobile tətbiqi daha da etibarlı oldu

ABB mobile tətbiqi daha da etibarlı oldu
30.04.2025 13:20

ABB yeni təhlükəsizlik tədbirləri ilə ABB mobile tətbiqinin etibarlılığını
maksimum səviyyəyə yüksəldir. Müştərilərin vəsaitlərinin təhlükəsizliyi üçün
tətbiqdə qeydiyyat prosesi daha da gücləndirilib. Artıq qeydiyyata SİMA
identifikasiyası da əlavə olunub. Belə ki, tətbiqdə qeydiyyatdan keçmək istəyən hər
bir istifadəçi kimliyini SİMA ilə də təsdiqləməlidir. Bu isə ikili autentifikasiya
yaradaraq müştərilərin vəsaitlərini fırıldaqçılıq cəhdlərindən qoruyur. ABB mobile
tətbiqinin hər bir istifadəçisi bu imkandan istifadə edə bilər.


Qeyd edək ki, ABB mobile tətbiqi Beynəlxalq Standartlaşdırma Təşkilatının
(International Organization for Standardization - ISO) ISO:IEC 27001:2022
sertifikatına malikdir. “İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifikatı”
adlanan bu sənəd tətbiqin bir çox meyarlar üzrə ətraflı təhlillərindən sonra ötən ilin
sonlarında təqdim olunub. Bu beynəlxalq sertifikat da ABB mobile tətbiqi
istifadəçilərinin məlumatlarının ən yüksək səviyyədə mühafizə edildiyini göstərir.
ABB mobile 2020-ci ildən müştərilərin istifadəsindədir. Hazırda tətbiqin 2
milyona yaxın istifadəçisi var.


ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları
Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya
937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə
etmək olar.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol