• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Mərkəzi Bankı pul bazarı faizləri üzrə yeni metodologiya tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankı pul bazarı faizləri üzrə yeni metodologiya tətbiq edəcək
15.05.2025 13:00

Azərbaycan Mərkəzi Bankı (AMB) pul bazarında faiz dərəcələrinin formalaşmasında şəffaflıq və davamlılığı təmin etmək məqsədilə yeni metodologiyanın tətbiqini planlaşdırır. Bu barədə qurumun nümayəndəsi müvafiq tədbirdə çıxışı zamanı məlumat verib.

Mərkəzi Bankın təmsilçisinin sözlərinə görə, bəzi hallarda bazar iştirakçılarının aktivliyi zəif olduqda və ticarət həcmləri kəskin azaldıqda, hazırkı indeksin hesablanmasında qırılmalar yaranır. Yeni metodologiya bu boşluqları aradan qaldırmağı və indeksin stabil saxlanmasını hədəfləyir.

“Biz metodologiyanı elə qurmalıyıq ki, bazarda aktiv olmayan, lakin sistem üçün təhlil baxımından önəmli olan məlumatlar da nəzərə alınsın. Qırılmalar zamanı ehtiyat variantlara müraciət edə bilək. Lakin qeyd edim ki, bu nadir hallarda baş verir və 2024-cü ildə bu tip hallar əsasən ilin əvvəlində qeydə alınıb”, –  Mərkəzi Bank nümayəndəsi bildirib.

AMB-nin verdiyi məlumata görə, Azərbaycan indeksinin faiz diapazonu hal-hazırda 6,25–8,25% səviyyəsindədir. Bu diapazon uçot dərəcəsinin (7,25%) bir faiz bəndi aşağı və yuxarı sərhədlərini əhatə edir. 2023-cü ildə bu indeksin faizləri tam olaraq həmin aralıqda dəyişib, bu isə AMB-nin faiz siyasətində transmissiya mexanizminin işləkliyini göstərir.

Eyni zamanda, qeyd olunub ki, əgər indeks bazar faizindən aşağı düşərsə, bu, sistemdə artıq likvidlik olduğunu göstərir və belə hallarda AMB sterilizasiya əməliyyatlarına başlayır.

Əks halda — yəni likvidlik çatışmazlığı yarandıqda — likvidlik injeksiyası həyata keçirilir.

“Sterilizasiya və likvidlik əməliyyatlarında əsas alətimiz bir həftəlik repo əməliyyatlarıdır. Amma bəzən Mərkəzi Bankdan kənar faktorlar, məsələn, xəzinə xərcləmələri, dövlət ödənişləri kimi hallar da sistemin likvidliyinə təsir edir,” –  əlavə olunub.

N.Təbrizli

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol