• $
  • €
  • ₽
  • ₺
  • £

Türkmən qazının açarı Azərbaycandadır – Rusiya susur, Tramp tərəddüd edir

Türkmən qazının açarı Azərbaycandadır – Rusiya susur, Tramp tərəddüd edir
21.05.2025 17:13

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin son dinləmələrində Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya nəqli məsələsi gündəmə gətirilib. Müzakirələr 1990-cı illərin sonlarında təklif olunan Transxəzər Qaz Kəməri (TQK) layihəsi ətrafında aparılıb.

Montanadan olan respublikaçı senator Stiv Deyns bu məsələni dövlət katibi Marko Rübioya ünvanladığı sualda qaldırıb.

O, layihəni Avropanın enerji təhlükəsizliyi və Rusiyadan asılılığın azaldılması ilə əlaqələndirib.

Deyns Avropa İttifaqının “yaşıl keçid” strategiyasını tənqid edərək, bu yanaşmanın qaz ixracatçılarına Avropa bazarında fəaliyyət imkanlarını çətinləşdirdiyini bildirib və Xəzər regionu üzərindən enerji mənbələrinin şaxələndirilməsinin vacibliyini vurğulayıb.

O, qaz kəmərinin Türkmənistanla Azərbaycanı birləşdirən hissəsinin cəmi 20 mil olduğunu iddia etsə də, layihənin real uzunluğu təxminən 300 kilometrdir.

 

 

Rübio öz cavabında layihənin texniki detalları ilə kifayət qədər tanış olmadığını bildirib. O, ümumi şəkildə enerji əməkdaşlığını dəstəklədiyini deyib, lakin Rusiyanın rolu və siyasi maneələrlə bağlı konkret fikir bildirməkdən yayınaraq Tramp administrasiyasının bu məsələyə  ehtiyatla yanaşdığını bir daha biruzə verib. 

 

2024-cü ilin sonunda Türkmənistan və Tacikistana səfər edən Deyns ABŞ-ın Mərkəzi Asiyada daha fəal siyasət yürütməsinin tərəfdarıdır.

O bildirib ki, Türkmənistanın iri qaz ehtiyatları olsa da, ixrac marşrutlarının məhdudluğu bu potensialdan tam istifadəni mümkünsüz edir.

Onun fikrincə, TQK vasitəsilə Avropa bazarlarına çıxış təmin oluna bilər.

Lakin layihənin maliyyələşdirilməsi əsas problem olaraq qalır.

2022-ci ildə Aİ və Azərbaycan arasında qaz ixracının illik 20 milyard kubmetrə çatdırılması barədə razılaşmaya baxmayaraq, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu sahədə layihələrin maliyyələşdirilməsindən imtina edib. Bundan əlavə, uzunmüddətli alıcı müqavilələrinin olmaması da irəliləyişə mane olur.

Deyns bəyan edib ki, Azərbaycan Mərkəzi Asiyanın “şərab şüşəsinin mantarı” rolunu oynaya bilər.

Yəni Azərbaycan bölgəni Qərbə açaraq Rusiyadan və Çindən asılılığnıı azaldan ölkədir.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol