• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın kapital bazarının yeddi dəfə artmaq imkanı var - McKinsey

Azərbaycanın kapital bazarının yeddi dəfə artmaq imkanı var - McKinsey
23.05.2025 11:28

Azərbaycanın kapital bazarı beynəlxalq təcrübə və düzgün islahatlar yolunu tutsa  7 dəfə böyüyə və ən azı yüz dəfə daha likvid ola bilər. Bu fikri McKinsey & Company şirkətinin nümayəndəsi İlya Arxipov Maliyyə və İnvestisiya Forumunda çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, müxtəlif ölkələrin təcrübəsi Azərbaycanın kapital bazarının inkişafı üçün istifadə oluna biləcək “hazır modellər” təqdim edir. 

Arxipov xüsusilə Dubay, Sinqapur, Hindistan, Birləşmiş Krallıq və Səudiyyə Ərəbistanının təcrübələrinə istinad edib.

“Sinqapurda hökumət ilk dəfə istiqraz buraxan şirkətlərin maliyyələşdirilməsini öz üzərinə götürür, Birləşmiş Krallıqda isə kiçik və orta sahibkarlıq subyektlərinə istiqraz buraxmaq üçün subsidiya verilir. Hindistanda tənzimləyicilər iri dövlət və özəl şirkətlərə balans göstəricilərinin bir hissəsini səhm və istiqraz kimi maliyyə alətləri ilə formalaşdırmağı tələb edirlər”, - Arxipov qeyd edib.

McKinsey nümayəndəsi Azərbaycanın qarşılaşdığı əsas çətinliklərdən birinin institusional investor bazasının genişləndirilməsi olduğunu bildirib. 

“Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Hindistan kimi ölkələrin bu sahədə atdığı addımların Azərbaycanın da istifadə edə biləcəyi nümunələr olduğunu vurğulayıb.
Rusiyada dual listinq modeli yerli investorları yerli birjalarda aktivləşdirmək üçün tətbiq olunmuşdu. Onlar Apple səhmlərini alırdılar, amma bununla paralel olaraq yerli istiqraz və səhmlərlə də maraqlanmağa başladılar,” — Arxipov əlavə edib.

Fiziki investorların bazara cəlbi sahəsində də müxtəlif yanaşmalar mövcuddur. Hindistan hökuməti qızılın qiymətinə indekslənən qiymətli kağızlar buraxıb, Türkiyədə isə sərmayənin daha əlçatan olması üçün sadələşdirmə tədbirləri həyata keçirilib. Səudiyyə Ərəbistanı pərakəndə investorlar üçün ticarəti ödənişsiz edib, Finlandiyada isə gənclər arasında maliyyə savadlılığını artırmaq məqsədilə oyunlaşdırılmış təlimlər təşkil olunub.

Arxipov qeyd edib ki, kapital bazarının inkişafı təkcə emissiya ilə bağlı deyil — investorlar, platformalar və geniş məhsul çeşidinə fokuslanmaq tələb olunur. 

O, Azərbaycanda daşınmaz əmlak sahəsinə marağı nəzərə alaraq, daşınmaz əmlak investisiya fondları kimi yeni alətlərin tətbiqinin bazara müsbət təsir göstərə biləcəyini bildirib.

“Bazarın hazırda yeddi dəfə böyük, yüz dəfə, bəlkə də min dəfə daha likvid olması mümkündür. Bu potensial mövcuddur və əgər dəstək göstərilərsə, bu hədəfə çata bilərik,” — Arxipov vurğulayıb.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol