• $
  • €
  • ₽
  • ₺
  • £

bp Xəzərdə iki kəşfiyyat və işlənmə blokunda iştirak payı əldə etdi

bp Xəzərdə iki kəşfiyyat və işlənmə blokunda iştirak payı əldə etdi
03.06.2025 11:35

bp çərşənbə axşamı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən iki dəniz kəşfiyyat və işlənmə blokunda iştirak payı aldığını elan edib. Sövdələşməni rəsmiləşdirən sazişlər Bakı Enerji Həftəsi çərçivəsində bp və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında imzalanıb.

Sazişlərə əsasən, bp Bakıdan 120 km şərqdə yerləşən Qarabağ neft yatağı üzrə Risk Xidməti Sazişində (RXS) və Bakıdan 90-110 km şimal-şərqdə yerləşən Əşrəfi – Dan Ulduzu – Aypara (ADUA) sahəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) SOCAR-dan 35% iştirak payı əldə edib. 

SOCAR hər iki layihədə 65% payı qoruyacaq, bp isə operator olacaq.

Sazişləri SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz imzalayıblar.

“Bu yeni sazişlər vasitəsilə bp ilə strateji tərəfdaşlığımızı daha da genişləndirməkdən məmnunuq,” — SOCAR prezidenti Rövşən Nəcəf bildirib. 

“Qarabağ və Əşrəfi – Dan Ulduzu – Aypara sahələri əhəmiyyətli potensiala malikdir və bp-nin operatorluq təcrübəsi bu potensialı tam açmağa kömək edəcək.”

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell isə bildirib,yeni müqavilə bp-yə Azərbaycanda upstream biznesini inkişaf etdirməyə imkan verəcək. 

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol