• $
  • €
  • ₽
  • ₺
  • £

TotalEnergies Azərbaycanda qaz emalı zavodu tikməyi planlaşdırır

TotalEnergies Azərbaycanda qaz emalı zavodu tikməyi planlaşdırır
04.06.2025 08:10

Fransanın enerji şirkəti TotalEnergies Azərbaycanın Xəzər dənizində yerləşən “Abşeron” yatağında qaz emalı zavodu tikməyi planlaşdırır. Bu barədə şirkətin Avropada kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jan-Lük Gizio Bakı Enerji Forumunda çıxışında bildirib.

“Layihə çərçivəsində ‘Abşeron’ yatağının inkişafının daha sonrakı mərhələsində sahil qaz emalı zavodunun tikintisi nəzərdə tutulur. Biz bu modeli daha əvvəl İraqda uğurla tətbiq etmişik və bu təcrübə Azərbaycanın da xeyrinə olacaq”, —  Gizio bildirib.

Onun sözlərinə görə, yeni zavod hasilatın karbon izinin azaldılmasına kömək edəcək. O əlavə edib ki, hazırlıq işləri artıq başlayıb.

“Abşeron” yatağında qaz və kondensat hasilatına 2023-cü ilin iyulunda start verilib. Yatağın qaz ehtiyatları 300–400 milyard kubmetr həcmində qiymətləndirilir.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol