• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
11.06.2025 11:19

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı keçirilən iclasda uçot dərəcəsini 7.25% səviyyəsində dəyişməz saxlayıb. Qərar faktiki inflyasiyanın proqnoz trayektoriyaya uyğunluğu və makroiqtisadi sabitlik nəzərə alınaraq verilib.

Bankdan verilən açıqlamaya görə, faiz dəhlizinin aşağı və yuxarı hədləri də müvafiq olaraq 6.25% və 8.25% səviyyəsində qalıb.

2025-ci ilin aprelində illik inflyasiya 6.3%, aylıq inflyasiya isə 0.3% təşkil edib. Baza inflyasiya 4.8% olub. Ərzaq və xidmətlər üzrə qiymət artımı 7.6%, qeyri-ərzaq malları üzrə isə 2.7% olub.

Mərkəzi Bank qeyd edib ki, qlobal əmtəə qiymətlərinə təsir edən xarici qeyri-müəyyənliklər davam edir.

BVF-nin məlumatına əsasən, 2025-ci ilin mayında əmtəə qiymətləri aylıq 1%, illik isə 4.6% azalıb. Azərbaycanın ticarət tərəfdaşları üzrə orta illik inflyasiya aprel ayında 9.6% olub.

Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə sabit qalıb. Xarici ticarət balansında 2025-ci ilin ilk dörd ayında müsbət saldo qorunub.

Bank sektorunda likvidlik artıb. Bu, qismən də Maliyyə Nazirliyinin xəzinə vəsaitlərini depozit hərracları vasitəsilə kommersiya banklarına yerləşdirməsi ilə bağlıdır. Nəticədə AZIR indeksinə təzyiq azalaraq, may və iyunun əvvəlində orta hesabla 6.7% təşkil edib.

Mərkəzi Bank bildirir ki, pul siyasətinin əməliyyat çərçivəsi yenilənib: 7 günlük repo əməliyyatları 7 günlük depozit əməliyyatları ilə əvəzlənib. 2025-ci ilin ilk 5 ayında təminatsız banklararası bazarda əməliyyatların həcmi 1.6 dəfə, sayı isə 1.8 dəfə artıb.

İnflyasiya risklərinin balansı əsasən xarici amillərlə dəyişib – qlobal ticarətdəki pozuntular, tərəfdaş ölkələrdə inflyasiyanın artması və məzənnə dəyişkənliyi. Daxili risklərə isə istehlak tələbinin artması və kredit aktivliyi daxildir.

Bank bildirib ki, əsas ssenariyə görə, 2025–2026-cı illər üzrə inflyasiya 4±2% hədəf diapazonunda qalacaq. Bununla belə, qlobal qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün imkan yarada bilər.

Faiz dəhlizinə dair növbəti qərarın 2025-ci il iyulun 23-də açıqlanacağı və bu barədə mətbuat konfransı keçiriləcəyi bildirilib.

Aytac

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol