• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-ın xalis mənfəəti 2024-cü ildə 30% artıb

SOCAR-ın xalis mənfəəti 2024-cü ildə 30% artıb
09.07.2025 08:52

SOCAR 2024-cü ildə gəlirlərinin bir qədər azalmasına baxmayaraq xalis mənfəətini 30% artıraraq 2,9 milyard manata (təxminən 1,7 milyard dollar) çatdırıb. Bu barədə şirkətin illik maliyyə hesabatında bildirilir.

2024-cü ildə SOCAR-ın ümumi gəlirləri 84,7 milyard manat təşkil edib ki, bu da ötən illə müqayisədə 512 milyon manat azdır.

Satışların maya dəyəri isə artaraq 77,3 milyard manata yüksəlib. Bu səbəbdən şirkətin ümumi mənfəəti 2023-cü ildəki 8,6 milyard manatdan 7,4 milyard manata enib.

SOCAR həmçinin əməliyyat xərclərini 700 milyon manat azaldaraq 6,5 milyard manata endirib. Əsas azalma paylaşdırma və sair əməliyyat xərclərində müşahidə olunub.

Şirkətin əməliyyat mənfəəti 2,9 milyard manata yüksəlib. Xarici valyuta gəlirləri, faiz gəlirləri və törəmə müəssisələrdən əldə olunan mənfəət SOCAR-ın vergi öncəsi ümumi mənfəətini 3,8 milyard manata çatdırıb.

Vergilərdən sonra xalis mənfəət 2,9 milyard manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 850 milyon manat və ya 30% çoxdur.

Şirkətin aktivləri də ciddi şəkildə artaraq 2023-cü ildəki 71,9 milyard manatdan 94,7 milyard manata yüksəlib.

Bu artım əsasən uzunmüddətli investisiyalar və müəssisə satınalmaları ilə izah olunur.

N.Təbrizli

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol