• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-ın iki vitse-prezidenti “Azər Türk Bank”ın rəhbərliyinə gətirilib

SOCAR-ın iki vitse-prezidenti “Azər Türk Bank”ın rəhbərliyinə gətirilib
23.07.2025 17:14

Dövlət Neft Şirkəti (SOCAR) “Azər Türk Bank”ın (ATB) rəhbərliyində mövqeyini gücləndirib. SOCAR-ın vitse-prezidentləri Əfqan İsayev və Zaur Qurbanov bankın Müşahidə Şurasına üzv təyin olunublar.

Bankdan APA-ya verilən məlumata görə, onlar bu vəzifədə Günel Nəbiyeva və Pərvin Manafovu əvəz ediblər.

Təyinatlar, SOCAR-ın 2024-cü ildə ATB-nin səhmlərinin əsas hissəsini əldə etməsi fonunda həyata keçirilib.

1995-ci ildə yaradılan “Azər Türk Bank”ın nizamnamə kapitalı 79 milyon manat təşkil edir.

Bankın səhmlərinin 75%-i dövlətə (SOCAR və Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə), 12,37%-i “Ziraat Bank Azərbaycan”a, 1,08%-i “Ziraat Bank International”a, 6,55%-i “AzRe Təkrarsığorta” şirkətinə və 5%-i “Qala Həyat” sığorta şirkətinə məxsusdur.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol