• $
  • €
  • ₽
  • ₺
  • £

İnformasiya texnologiyaları sahəsində qadınların iştirakı dəfələrlə artıb - Nazir müavini

İnformasiya texnologiyaları sahəsində qadınların iştirakı dəfələrlə artıb - Nazir müavini
24.07.2025 12:35

Azərbaycanda kompüter elmləri və informasiya təhlükəsizliyi sahəsində qadınların iştirakı son illərdə əhəmiyyətli dərəcədə artıb. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “İKT-də Qadınlar” təşəbbüsü çərçivəsində keçirilən “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin mükafatlandırma mərasimində bildirib.

“Xüsusilə informasiya təhlükəsizliyi sahəsində qadınların fəallığı nəzərəçarpacaq dərəcədə artıb. Nazirlik olaraq bu sahəni qadınlar üçün daha əlçatan etmək məqsədilə müxtəlif təşəbbüsləri dəstəkləyirik”, – Məmmədov qeyd edib.

Nazir müavininin sözlərinə görə, finala çıxmış 11 komandaya layihələrinin icrasında zəruri dəstək veriləcək.

O vurğulayıb ki, rəqəmsal iqtisadiyyatda qadınların iştirakının artırılması əmək bazarında gender balansını və rəqabət qabiliyyətini gücləndirir.

Məmmədov əlavə edib ki, Azərbaycanın innovasiya qabiliyyəti sabit səviyyədə saxlanılır.

 “113 ölkə arasında hazırda 57-ci yerdəyik. Biz qadınlarımızın İKT və innovasiya sahəsində fəal iştirakını təşviq etməliyik", - nazir müavini deyib. 

Aytac Zeynalova 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol