• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikyeni sosial-iqtisadi inkişaf strategiyası üzrə hazırlıqlar başlayıb

Nazirlikyeni sosial-iqtisadi inkişaf strategiyası üzrə hazırlıqlar başlayıb
25.07.2025 18:55

Maliyyə Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-fiskal dayanıqlıq” üzrə Alt İşçi qrupun ilk iclası keçirilib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

İclasda çıxış edən maliyyə naziri və Alt İşçi qrupun rəhbəri Sahil Babayev bildirib ki, ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” başlıca prioritetlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə, “daxili və xarici təsirlərə dayanıqlıq” ölkənin əsas uzunmüddətli inkişaf istiqamətlərindən biri kimi önə çıxır.

Nazir fiskal dayanıqlığın təmin olunması, strateji valyuta ehtiyatlarının qorunması və dövlət maliyyəsinin, o cümlədən dövlət borcunun səmərəli idarə olunmasının əhəmiyyətini vurğulayıb. O, həmçinin qeyd edib ki, 2022–2026-cı illəri əhatə edən cari sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulmuş tədbirlər uğurla icra olunmaqdadır.

İclasda 2027–2030-cu illəri əhatə edən yeni strategiyanın hazırlanması ilə bağlı ilkin istiqamətlər, növbəti addımlar və tədbirlər ətrafında müzakirələr aparılıb. Eyni zamanda, müvafiq dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi və fəaliyyətlərin koordinasiyalı şəkildə davam etdirilməsi barədə razılıq əldə olunub.

Xatırladaq ki, “Makro-fiskal dayanıqlıq” üzrə Alt İşçi qrupu Prezidentin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli 356s nömrəli Sərəncamına əsasən yaradılıb

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol