• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən ay orta sahibkarlığa verilən kreditlərin həcmi məlum olub

Ötən ay orta sahibkarlığa verilən kreditlərin həcmi məlum olub
25.07.2025 20:40

Cari ilin iyun ayının sonuna Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,930 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi cari ilin may ayının sonu ilə müqayisədə 11,4 milyon manat və ya 0,6% artıb.

Belə ki, may ayının sonunda Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,919 milyard manat idi.

Qeyd edək ki, bu ilin iyun sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,144 milyard manat təşkil edib.

Xatırladaq ki, cari ilin 1 iyul tarixinə ölkədə fəaliyyət göstərən orta sahibkarlıq subyektlərinin sayı 4 min 259 ədəddir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 2,1 faizini orta sahibkarlıq subyektləri təşkil edib. Onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (35,5%), “Tikinti” (14,2%), “Emal sənayesi” (11,1%) və “Peşə, elmi və texniki fəaliyyət” (5,1%) sahələrində yaradılıb

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol