• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb

Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb
30.07.2025 12:25

 

Azercell-in dəstəyi ilə paralimpiyaçılar beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər

2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin idmançıları Azercell-in dəstəyi ilə müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr göstəriblər. Komanda 6 qızıl, 6 gümüş və 10 bürünc olmaqla ümumilikdə 22 medal, eləcə də 2 feyr-pley mükafatı qazanıb.

Əldə olunan nailiyyətlər sırasında beynəlxalq yarışlarda qazanılan uğurlar xüsusi önəm daşıyır. Aprel ayında Serbiyanın Zlatibor şəhərində keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında parabadminton və paraüzgüçülük üzrə yarışan idmançılar 3-ü qızıl olmaqla ümumilikdə 9 medal və 2 feyr-pley mükafatına layiq görülüblər.

May ayında Tbilisidə təşkil olunan parapauerliftinq üzrə Dünya Kubokunda milli komanda 3 qızıl və 3 gümüş medal qazanaraq fəxri kürsüyə yüksəlib. Həmin ay Fransada baş tutan Dünya Seriyasında paraüzgüçü Əli Vəliyev bir neçə məsafədə şəxsi rekordlarını yeniləyərək ilk dəfə 400 metr sərbəst üzmə yarışında iştirak edib.

Parabadminton üzrə milli komandamızın üzvü İbrahim Əliyev Misir və Bəhreyndə keçirilən beynəlxalq turnirlərdə 3 bürünc medala layiq görülüb. Daha bir bürünc medalı isə Aslan Ərcan Xorvatiyada təşkil olunan Parakarate üzrə Gənclər Kubokunda qazanıb.

Parataekvondo idmançılarımız da beynəlxalq arenada uğurla çıxış ediblər. Türkiyə və Çində baş tutan yarışlarda Sabir Zeynalov və Orxan Cəfərov bürünc, paralimpiya çempionu İmaməddin Xəlilov isə gümüş medal qazanıb. Qeyd edək ki, İmaməddin Xəlilovun idman karyerası barədə “Euronews” kanalı xüsusi reportaj hazırlayıb: //www.youtube.com/watch?v=iFSjzu5LwCo

2025-ci ilin ilk yarısında paralimpiya hərəkatına yeni üzvlər də qoşulub. Vətən müharibəsi qazisi Polad Rzayev dağ xizəyi üzrə İtaliya və Fransada təşkil olunan təsnifat yarışlarında iştirak edərək Beynəlxalq Xizək və Snoubord Federasiyasının reytinq siyahısına daxil edilib.

Azercell Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində paralimpiya idman nailiyyətlərinin artırılması ilə yanaşı, həm də cəmiyyətdə inklüzivliyin və bərabər imkanların təşviqinə töhfə verir.

 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol