• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Mərkəzi Bankı: İqtisadi sabitlik sahəsində irəliləyiş əldə olunub

Azərbaycan Mərkəzi Bankı: İqtisadi sabitlik sahəsində irəliləyiş əldə olunub
30.07.2025 13:04

 Azərbaycanda inflyasiyanın Mərkəzi Bankın (AMB) hədəf diapazonunda saxlanılması, maliyyə sektorunun dərinliyinin artırılması və maliyyəyə çıxış imkanlarının genişləndirilməsi sahəsində mühüm irəliləyişlər əldə olunub. Bu barədə AMB sədri Taleh Kazımov bildirib.

O, iqtisadi artımın davamlılığı, sosial rifahın dəstəklənməsi və xarici-daxili şoklara qarşı dayanıqlığın artırılması üçün makroiqtisadi sabitliyin vacibliyini vurğulayıb.

Kazımovun sözlərinə görə, 2027–2030-cu illər üçün nəzərdə tutulan strategiyada makroiqtisadi və maliyyə sabitliyi üzrə siyasət çərçivələrinin təkmilləşdirilməsi əsas prioritetlərdən biridir.

İclasda strategiya çərçivəsində təklif olunan fəaliyyət istiqamətləri müzakirə olunub və işçi qrup üzvləri bu sahədə koordinasiyalı əməkdaşlığa çağırılıb.

Alt işçi qrupu Prezidentin 30 may 2025-ci il tarixli sərəncamına əsasən qəbul edilmiş strategiya və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 18 iyun 2025-ci il sərəncamı ilə yaradılıb.

Gülnar 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol