• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici vətəndaşlara 6 milyon manata yaxın ƏDV geri qaytarılıb

Xarici vətəndaşlara 6 milyon manata yaxın ƏDV geri qaytarılıb
14.08.2025 13:05

2025-ci ilin yanvar-iyulunda Azərbaycan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 5 milyon 874 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarıb. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Geri qaytarılan vəsait xarici vətəndaşların ölkə ərazisində aldığı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin payına düşür.

2025-ci il avqustun 1-də Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 % artaraq 823,9 min olub. 

7 ay ərzində aktiv ƏDV ödəyicilərinin sayı 5,8 % artaraq 55,8 minə, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,3 % artaraq 226,8 minə çatıb.

Ötən il Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) daxilolmalar 8 milyard 103,9 milyon manat, 2023-cü illə müqayisədə isə 766,5 milyon manat və yaxud 9,4 % çox icra olunub.

Aytac

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol