• $
  • €
  • ₽
  • ₺
  • £

İşğaldan azad edilmiş rayonlarda tikintiyə ayrılan vəsait açıqlanıb

İşğaldan azad edilmiş rayonlarda tikintiyə ayrılan vəsait açıqlanıb
15.08.2025 14:31

2025-ci ilin altı ayında işğaldan azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 1 milyard 989 milyon 798 min manat vəsait sərf edilib. Bu barədə Dövlət Statistika Komitəsində qeyd olunub.

Hesabat dövründə ən çox vəsait Kəlbəcər 408 milyon 11 min manat ayrılıb.

Cari ilin yanvar-iyununda  Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 73.5 milyon manat vəsait yönəldilib ki, bunun da 6 milyard 313.5 milyon manatı tikinti quraşdırma işlərinə sərf edilib. 

2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat vəsait ayrılıb, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat. 2025-ci ildə 4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

2023-cü illə müqayisədə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılmış vəsait 57,5 mln. manat və ya 1,2%, ödənilmiş vəsait isə 24,0 mln. manat və ya 0,5% artıb.

Hesabat dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihələrinə ödənilmiş vəsaitin (icra edilmiş) 74,4%-i (2023-cü ildə 76,6%) nəqliyyat infrastrukturuna yönəldilib.

Aytac

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol