• $
  • €
  • ₽
  • ₺
  • £

“HALAL” qida məhsullarının dövriyyəsinə nəzarət gücləndirilib - AQTA

“HALAL” qida məhsullarının dövriyyəsinə nəzarət gücləndirilib - AQTA
07.10.2025 10:55

Azərbaycan hökuməti qida təhlükəsizliyi sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində istehlakçı hüquqlarının qorunması və “HALAL” standartlarına uyğunluğun təmin olunması istiqamətində nəzarət tədbirlərini intensivləşdirib. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Aərbaycanda keçirilən Halal Biznes Forumundan çıxışı zamanı deyib. 

O bildirib ki, ölkədə qida məhsullarının keyfiyyətinin artırılması, istehlakçının etibarlı məhsullarla təmin olunması və ixrac potensialının genişləndirilməsi əsas prioritetlərdəndir.

“Müasir standartların tətbiqi və halal tələblərə uyğunluq, həm ictimai sağlamlıq baxımından, həm də ixrac imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.Hazırda ölkə üzrə “HALAL” sertifikatlı məhsullara nəzarət gücləndirilib. Qida Təhlükəsizliyi Agentliyi bu məhsullara dair mütəmadi monitorinqlər aparır və sertifikatlaşdırma prosesinin şəffaflığını təmin etmək üçün müvafiq mexanizmləri tətbiq edir.Bu istiqamətdə əsas funksiyalardan biri AQTA-nın tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna həvalə olunub. İnstitut, Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu tərəfindən akkreditasiya olunmuş yeganə qurumlardan biridir. Sertifikatlaşdırma prosesi isə İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) müəyyən etdiyi meyarlar əsasında aparılır", - bildirib. 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təqdim etdiyi “HALAL” uyğunluq sertifikatları beynəlxalq səviyyədə tanınır və ixracatçılar üçün əlavə dəyər rolunu oynayır. Hal-hazırda institut daxilində Sertifikatlaşma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr fəaliyyət göstərir. Bu komitələrin tərkibinə Azərbaycan İlahiyyat İnstitutunun nümayəndələri, dini və qida üzrə müstəqil ekspertlər, eləcə də dövlət mütəxəssisləri daxildir.

Azərbaycan 2018-ci ildən başlayaraq qida təhlükəsizliyi sisteminin Avropa və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirir. AQTA bu sahədə əsas tənzimləyici qurum kimi çıxış edir və ölkədə qida məhsullarının istehsalı, idxalı, dövriyyəsi və ixracı ilə bağlı nəzarət funksiyalarını icra edir.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol