• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan, Rusiya və İran yükdaşımaları genişləndirmək üçün yeni sazişlər imzalayıb

Azərbaycan, Rusiya və İran yükdaşımaları genişləndirmək üçün yeni sazişlər imzalayıb
13.10.2025 11:46

2024-cü ilin dekabrında, Azərbaycan və Rusiya hökumətləri arasında tranzit yükdaşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında bağlanan Sazişə görə, Azərbaycan ərazisindən keçiriləcək tranzit yüklərin illik minimal həcmi 2028-ci il yanvarın 1-dən etibarən 5 milyon ton səviyyəsində müəyyən edilib. Bunu Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə deyib.

Mustafayev bildirib ki, Azərbaycan, Rusiya və İran arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tranzit və infrastruktur sahəsində əməkdaşlıq genişlənir. Bu məqsədlə son bir il ərzində bir neçə mühüm saziş imzalanıb.

"2023-cü ilin mayında, Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı İran və Rusiya hökumətləri arasında saziş imzalanıb. Layihə “Şimal-Cənub” dəhlizinin İran seqmentində vacib bağlantı hesab olunur. 2024-cü ilin dekabrında, Azərbaycan və Rusiya hökumətləri arasında tranzit yükdaşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş bağlanıb. Sazişə əsasən, Azərbaycan ərazisindən keçiriləcək tranzit yüklərin illik minimal həcmi 2028-ci il yanvarın 1-dən etibarən 5 milyon ton səviyyəsində müəyyən edilib. Tərəflərin qərarından asılı olaraq, bu həcm sonradan 15 milyon tona qədər artırıla bilər", - Mustafayev deyilib. 


“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Hind okeanından, İran və Azərbaycan vasitəsilə Rusiya və Avropaya uzanan yük marşrutudur. Layihə, Asiya ilə Avropa arasında yükdaşımaları daha qısa və sərfəli marşrutla təmin etməyi hədəfləyir. Azərbaycan bu dəhlizdə əsas tranzit ölkə kimi çıxış edir və dəmir yolu infrastrukturunun modernləşdirilməsinə investisiyaları artırır.

Gülnar 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol