• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qeyri neft-qaz sənayesində istehsalı artıb

Azərbaycanda qeyri neft-qaz sənayesində istehsalı artıb
14.10.2025 12:25

2025-ci ilin yanvar-sentyabrında  Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 47,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 % az sənaye məhsulu istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsinə məlumat yayıb

Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,9 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,8 % artıb.

Sənaye məhsulunun 60,9 %-i mədənçıxarma sektorunda, 32,7 %-i emal sektorunda, 5,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6 % azalıb, əmtəəlik qaz hasilatı isə 2,8 % artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 96,8 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 59,2 %, toxuculuq sənayesi məhsullarının istehsalı 27,6 %, qida məhsullarının istehsalı 10,5 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 9,7 %, tütün məmulatlarının istehsalı 9,5 %, maşın və avadanlıqların istehsalı 6,5 %, kimya sənayesi məhsullarının istehsalı 5,6 %, neft məhsullarının istehsalı 0,4 % artıb, içkilərin istehsalı 3 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 5,7 %, tikinti materiallarının istehsalı 6,3 %, mebel istehsalı 6,8 %, hazır metal məmulatlarının istehsalı 8,7 %, metallurgiya sənayesi məhsullarının istehsalı 11,7 %, geyim istehsalı 13,6 %, elektrik avadanlıqlarının istehsalı 14,4 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,1 %, poliqrafiya məhsullarının istehsalı 22,3 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,9 %, kompüter, elektron və optik məhsulların istehsalı 26,7 %, kağız və karton istehsalı 26,8 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,6 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,8 % artıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol