• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın bank sektorunda aktivlər və öhdəliklər artıb

Azərbaycanın bank sektorunda aktivlər və öhdəliklər artıb
16.10.2025 14:39

2025-ci ilin altı ayında Azərbaycanda bank aktivləri 56,7 milyard manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7 faiz çoxdur. Bunu PAŞA Bankın İdarə Heyəti sədrinin müavini  Bəhruz Nağıyev deyib.

O bildirib ki, öhdəliklər 7,3 faiz artaraq 49,8 milyard manata, kapital isə 4,9 faiz artımla 6,9 milyard manata yüksəlib.

"Kredit portfeli 3,6 faiz artaraq 28,5 milyard manata çatıb. Fiziki şəxslərə verilən kreditlərin həcmi 13,3 milyard manat, hüquqi şəxslər və sahibkarlara ayrılan kreditlərin məbləği isə 15,1 milyard manat olub. Depozit portfeli 6,7 faiz artaraq 42,9 milyard manata çatıb. Bunun 24,3 milyard manatı qeyri-maliyyə təşkilatlarının, 15,4 milyard manatı fiziki şəxslərin, 3,2 milyard manatı isə maliyyə təşkilatlarının payına düşüb", o vuğulayıb.

2025-ci ilin ilk altı ayında ölkədə 22 bank, 496 filial, 54 bank olmayan kredit təşkilatı və 36 kredit ittifaqı fəaliyyət göstərib.

Aytac Zeynalova

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol