• $
  • €
  • ₽
  • ₺
  • £

2025-ci ilin ilk doqquz ayında Azərbaycanın neft ixracı azalıb

2025-ci ilin ilk doqquz ayında Azərbaycanın neft ixracı azalıb
20.10.2025 18:00

2025-ci ilin yanvar–sentyabrında Azərbaycan 17,0 milyon ton həcmində, 8,94 milyard dollar dəyərində xam neft və neft məhsulları ixrac edib. Bu göstərici ötən ilin eyni dövründə 17,6 milyon ton və 11,0 milyard dollar olub. Bu barədə Gömrük Komitəsi məlumat verib. 

Azərbaycan neftinin əsas alıcısı İtaliya olub. Bu ölkə neft idxalını 6,6 milyon tondan 9,6 milyon tona yüksəldib. Çexiya 1,3 milyon ton (ötən il 1,25 milyon ton), Xorvatiya isə 1,0 milyon ton neft idxal edib (demək olar ki, dəyişməyib).

Almaniyanın idxalı 842 min tona (ötən il 704 min ton), Rumıniyanın idxalı isə 779 min tona (499 min tondan) kimi artıb. 2024-cü ildə 2,37 milyon ton neft alan İsrail  2025-ci ildə  Azərbaycandan neft idxal etməyib.  Hindistan da neft idxalını 1,09 milyon tondan 107 min tona  qədər azaldıb.

Digər əsas alıcılar arasında Portuqaliya (714 min ton), Yunanıstan (501 min ton), Böyük Britaniya (515 min ton), İrlandiya (332 min ton) və Niderland (223 min ton) yer alır.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol