• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın illik inflyasiyası 5,5% olub

Azərbaycanın illik inflyasiyası 5,5% olub
22.10.2025 11:27

2025-ci ilin ilk doqquz ayında illik inflyasiya 5,5% təşkil edib. Ərzaq inflyasiyası 7,4%, qeyri-ərzaq mallarında isə 2,4% səviyyəsində olub. Bunu 
Azərbaycan Mərkəzi Bankı idarə heyətinin sədri Takeh Kazlmov bildirib.

Bankın açıqlamasına görə, həm ümumi, həm də baza inflyasiyası hədəf diapazonu daxilində qalıb. Mərkəzi Bank ilin sonuna inflyasiya proqnozunu iyulda gözlənilən 5,7%-dən 6%-ə, 2026-cı ilin sonuna isə 5,7%-ə qaldırıb. Artım əsasən kənd təsərrüfatı istehsalçı qiymətlərinin yüksəlməsi ilə izah olunur.

Kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi doqquz ayda 9,3% artıb və ümumi inflyasiyaya təxminən 0,4 faiz bəndi əlavə təsir göstərib. 

Kazımov qeyd edib ki, idxal olunan toxumların qiyməti 61%, heyvan yemi 27%, mineral gübrələr 11,8% bahalaşıb.

Cari əməliyyat balansının defisiti $2,3 milyard (ÜDM-in 6,3%-i) təşkil edib, strateji valyuta ehtiyatları isə $81,5 milyarda çatıb. Bu, 37 aylıq idxalın ödənilməsinə bərabərdir.

Mərkəzi Bank bu il uçot dərəcəsini 0,25 bənd azaldıb və bildirib ki, növbəti qərarlar inflyasiya dinamikası və bazar likvidliyindən asılı olacaq.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol