• $
  • €
  • ₽
  • ₺
  • £

Vergi və gömrük gəlirləri dövlət büdcəsinin əsas gəlir mənbəyi olaraq proqnozlaşdırılır

Vergi və gömrük gəlirləri dövlət büdcəsinin əsas gəlir mənbəyi olaraq proqnozlaşdırılır
23.10.2025 13:39

2026-cı ildə Azərbaycan dövlət büdcəsinin qeyri neft-qaz gəlirlərinin 88,7 faizi, yəni 17,902 milyon manatı vergi gəlirləri, 11,3 faizi, yəni 2,270 milyon manatı isə qeyrivergi gəlirləri hesabına formalaşacaq.

Anews.az-ın əldə etdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Ümumilikdə, 2026-cı ildə dövlət büdcəsinin gəlirlərinin 16,910 milyon manatı (43,8%) Dövlət Vergi Xidmətinin xətti ilə daxil olacaq.

Dövlət Neft Fondundan transfert 12,835 milyon manat (33,2%), Dövlət Gömrük Komitəsindən daxilolmalar 6,862 milyon manat (17,8%), büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 1,021 milyon manat (2,6%) və digər gəlirlər isə 981 milyon manat (2,6%) təşkil edəcək.

Dövlət Vergi Xidmətinin daxilolmaları ÜDM-in 12,6 faizi həcmində proqnozlaşdırılır ki, bu da cari ilin proqnozundan 1,410 milyon manat (9,1%), 2024-cü ilin icrasından isə 1,102 milyon manat (7,0%) çoxdur.

Vergi daxilolmalarının 78,7 faizi qeyri neft-qaz sektorundan (13,310 milyon manat), 21,3 faizi isə neft-qaz sektorundan (3,600 milyon manat) gözlənilir.

Gülnar Nazimqızı 

Fon:
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasətində vergi və gömrük gəlirlərinin artması strateji əhəmiyyət daşıyır. Neft-qaz sektorundan asılılığın azaldılması və qeyri-neft sektorunun gücləndirilməsi məqsədilə vergi bazasının genişləndirilməsi və rəqabət qabiliyyətinin artırılması prioritet olaraq qalır.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol