• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ilin ilk yarısında Azərbaycana yatırılan xarici investisiyaların həcmi artıb

Bu ilin ilk yarısında Azərbaycana yatırılan xarici investisiyaların həcmi artıb
12.11.2025 12:51

2025-ci ilin ilk yarısında Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% artıb.  Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qeyri-neft-qaz sektoru üzrə artım 25,4% təşkil edib.

 Nazir müavini qeyd edib ki, ötən 9 ayda əsas kapitala 13 milyard manat investisiya yönəldilib.

Eyni zamanda, qeyri-neft-qaz sektoruna əsas kapital qoyuluşlarının real həcmi 7% artıb, özəl sektor üzrə investisiyalar isə 10,8% artaraq qeyri-neft-qaz ÜDM-in artım tempini 3,7 dəfə üstələyib.

Bəşirli əlavə edib ki, bu göstəricilər Azərbaycanın iqtisadiyyatında özəl və qeyri-neft sektorunun payının güclənməsinə işarədir.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol