• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi 2026-cı ilin sonuna qədər tam başa çatdırılacaq — Əmrullayev

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi 2026-cı ilin sonuna qədər tam başa çatdırılacaq — Əmrullayev
13.11.2025 12:41

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi 2026-cı ilin sonuna qədər tam başa çatdırılacaq. Bunu təhsil naziri Emin Əmrullayev parlamentdə 2026-cı il büdcə müzakirələri zamanı bildirib.

Nazirin sözlərinə görə, indiyədək 84 minə yaxın müəllim sertifikatlaşdırmaya cəlb olunub və onların 73 min nəfəri keçid balını əldə edib. 

Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əməkhaqlarına əhəmiyyətli artımlar tətbiq olunub.

49 min müəllimin əməkhaqqına 10%, 24 mindən çox müəllimin əməkhaqqına 35% əlavə olunub.

Bu dəyişikliklərin nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı təxminən 1200 manata yüksəlib. 

Nazirin sözlərinə görə, proses həm maliyyə stimulu yaradır, həm də təhsil sisteminin keyfiyyətinin artırılmasına xidmət edir:

“Heç bir təhsil sisteminin keyfiyyəti onun müəllimlərinin keyfiyyətindən yuxarı ola bilməz. Müəllimə olan tələbləri aşağı sala bilmərik, çünki bu, təhsil keyfiyyətini birbaşa zəiflədir,” — Əmrullayev bildirib.

Nazir qeyd edib ki, sertifikatlaşdırmanın əsas məqsədi müəllimlərin minimal peşə standartlarına uyğunluğunu qiymətləndirməkdir. Uğursuz olan müəllimlər 2027-ci ildə təkrar sertifikasiya imkanı əldə edəcəklər. 2027-ci ildən etibarən isə artıq 2023-cü ildə sertifikatlaşdırmadan keçmiş müəllimlər ikinci dövrə üzrə yenidən qiymətləndiriləcək.

Əmrullayev əlavə edib ki, gələcək illərdə sertifikasiya standartları daha da sərtləşdiriləcək, xüsusilə də ictimai təhsil sahəsində yüksək tələblər tətbiq olunacaq.

“Əgər davamlı keyfiyyət istəyiriksə, müəllimlərdən daha yüksək standart tələb etmək məcburiyyətindəyik. Bu, təhsilin əsas həlledici mərhələsi olan ibtidai təhsilin gücləndirilməsi üçün vacibdir”, - naxir deyib.

2026-cı ilin büdcəsində sertifikatlaşdırma və əməkhaqqı əlavələri üçün 213 milyon manata yaxın vəsait nəzərdə tutulub.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol