• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-ın Gürcüstana investisiyaları 2,1 milyard dollara çatıb

SOCAR-ın Gürcüstana investisiyaları 2,1 milyard dollara çatıb
14.11.2025 10:03

SOCAR-ın Gürcüstana yatırdığı investisiyaların həcmi 2,1 milyard ABŞ dolları olub. Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki paylaşımında bildirib. 

Nazirin sözlərinə görə, Azərbaycan bu ilin ilk doqquz ayında Gürcüstana 1,5 milyard kubmetr təbii qaz tədarük edib, elektrik enerjisi ixracı 372 milyon kVt/saat təşkil edib. 

Şahbazov Tbilisidə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşdə iki ölkə arasında strateji enerji tərəfdaşlığının prioritetlərini və yeni layihələrin inkişaf istiqamətlərini müzakirə etdiklərini qeyd edib.

Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı Cənubi Qaz Dəhlizinin əsas hissələrindən biri hesab olunur. Gürcüstan həm Azərbaycan qazının əsas tranzit ölkəsidir, həm də SOCAR-ın uzun illərdir fəaliyyət göstərdiyi əsas xarici bazarlardan biridir. Bu əməkdaşlıq çərçivəsində SOCAR Gürcüstanda qazpaylama şəbəkəsinin genişləndirilməsi, enerji infrastrukturunun modernləşdirilməsi və elektrik ixracı üzrə layihələr həyata keçirir.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol