• $
  • €
  • ₽
  • ₺
  • £

10 ayda orta illik inflyasiya artıb

10 ayda orta illik inflyasiya artıb
14.11.2025 12:12

2025-ci ilin oktyabrında istehlak qiymətləri indeksi 2024-cü ilin oktyabrına nisbətən 105,9 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 108,2 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Cari ilin oktyabrında  istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, yanvar-oktyabra isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz olub.

Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 2026-ci ildə 134,1 milyard manat təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 2,9% real artım deməkdir. Son beş il ərzində nominal ÜDM 36,7 milyard manat (39,3%), real ifadədə isə 19% artıb. Bu barədə maliyyə naziri Sahil Babayev 2026-ci ilin dövlət büdcəsi haqqında qanuna münasibət bildirərkən deyib.

Qeyri-neft ÜDM 2025-ci ildə 101,7 milyard manat olub və 5% real artım nümayiş etdirib. 

Son beş il ərzində bu sektorun nominal həcmi 36 milyard manat (62,7%), real artımı isə 34% təşkil edib.

Aytac Zeynalova

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol