• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artıb
27.11.2025 11:43

Banklar və “Azərpoçt” MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı oktyabrın sonunda əvvəlki ayla müqayisədə 334 min artaraq 21 milyon 701 min ədədə çatıb.Bu barədə Mərkəzi Bankdan bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə kartların ümumi sayı 13,3% yüksəlib.

Debet kartlarının sayı 16% artdığı halda, kredit kartlarında 5,2%-lik azalma qeydə alınıb.

Kartların sayındakı artım nağdsız ödənişlərin həcminə də təsir göstərib.

Oktyabrda ölkədaxili nağdsız əməliyyatların həcmi illik müqayisədə 17,6% artaraq 8,825 milyon manat təşkil edib. Bu məbləğin 7,776 milyon manatı elektron ticarətin, 1,045 milyon manatı POS-terminalların, 4 milyon manatı isə özünəxidmət terminalları və bankomatların payına düşüb.

İlin əvvəlindən kartlarla aparılan nağdsız ölkədaxili əməliyyatlar ümumi kart dövriyyəsinin 67,5%-ni təşkil edib.

Banklar və “Azərpoçt”un ödəniş xidməti infrastrukturunda da genişlənmə müşahidə olunub: ötən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8,1%, POS-terminalların sayı isə 60,4% artıb.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol