• $
  • €
  • ₽
  • ₺
  • £

I Avropa Oyunlarına qədər bulvar uzadılacaq - Video

I Avropa Oyunlarına qədər bulvar uzadılacaq - Video
28.05.2020 18:46
I Avropa Oyunlarına qədər Bakı Bulvarı daha 6 km uzadılacaq.

ANS TV-nin məlumatına görə, Bakı bulvarının ərazisinin Bayraq Meydanından 20-ci Sahəyə qədər eləcə də Dəniz Vağzalından Nobel prospekti istiqamətində uzadılır. Hər iki istiqamətə ümumilikdə 6 km uzadılan bulvar ərazisində hazırda son təmir-tikinti işləri aparılır. Burada oturacaqlar qoyulub, işıqlandırma sistemləri qurulur. Artıq İdman Sarayından Bayraq Meydanına qədər olan genişlənmiş 2 km ərazisi Bulvar İdarəsinə verilib.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, bu işlər may ayının axırına kimi tamamlanacaq. Köhnə bulvar ərazisində olan hər şərait təzə bulvarda da qurulacaq.

Nazim Məcdov bildirdi ki, Avropa Oyunları zamanı bulvar ərazisində üç yerdə - Bakı İdman Sarayında, "Crystal Hall” İdman Konsert Kompleksi və Su Oyunları İdman Salonunda yarışlar keçirildiyinə görə, bulvara həmin dövrdə gələcək insanların, xüsusilə xarici qonaqların da sayı artacaq. Buna görə də idarə bu oyunlara xüsusi tədbirlər planı əsasında hazırlaşır.

Qeyd edk ki, Dənizkənarı Milli Park uzun illər 3 ,5 km olub. 2012-ci ildə Eurovision mahnı müsabiqəsi ərəfəsində bulvar daha 2 km uzadıldı. Hazırda onun uzunluğu 6 km-ə yaxındır.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol