• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin nəzərinə: bu yolda təmir işləri yekunlaşdı - Fotolar

Sürücülərin nəzərinə: bu yolda təmir işləri yekunlaşdı - Fotolar
21.05.2015 13:17
A.Nobel prospektinin "Ağ şəhər”in  qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan və təmir olunan təqribən 700 metrlik son tamamlanma işləri görülür.

ANN.Az xəbər verir ki, "Azəryolservis”dən verilən məlumata görə, Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunub. Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib.Yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib.

Hazırda kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənir, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilir. Sözügedən ərazidə yol cizgilərinin, yol göstərici xətlərinin və piyada keçidlərinin xətlənməsi, yol ayrıcı zolaqlarda yaşıllaşdırma işləri həyata keçirilir. Bütün bu işlərin axşam saatlarında tam olaraq yekunlaşdırılması planlaşdırılır. Bundan sonra nəqliyyat vasitələrinin hərəkəti burda tam bərpa olunacaq.






Xatırladaq ki, Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən "Ağ şəhər”ə qədər olan 1.6 kilometrlik hissəsində də təmir-tikinti işləri aparılıb. Artıq yol yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
 
 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol