• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sərnişin avtobusları tamam yenilənəcək - Fotolar

Bakıda sərnişin avtobusları tamam yenilənəcək - Fotolar
06.06.2015 17:25
Bakıya yeni gətirilən "İveco” markalı komfortlu avtobusların sonrakı aqibətinə aydınlıq gətirilib. 

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, yeni gətirilən avtobuslar Bakıda keçiriləcək I Avropa Oyunlarından sonra sərnişinlərə xidmət göstərəcək.

Onun sözlərinə görə, Nəqliyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və "Bakıbus” şirkəti tərəfindən gətirilən "İveco” markalı avtobuslar paytaxtın mərkəzində işləyən marşrut xətlərində işləyəcək.

"Əsasən mərkəzdəki avtobus xətlərinə verəcəyik. Bundan əlavə də, gələcəkdə super komfortlu avtobuslar gətirəcəyik. Çalışırıq ki, vətəndaşlarımıza yüksək səviyyəli xidmətlər göstərilsin. Daha əvvəlki kimi sınıq-salxaq sərnişin avtobusları işləməyəcək. Qısa vaxt ərzində paytaxtın bütün sərnişindaşıma ilə məşğul olan avtobusları tamam yenilənəcək”, - deyə Namiq Həsənov bildirib.

Qeyd edək ki, bu ilin aprel ayında Bakıya yeni 300 ədəd "İVECO” markalı yeni sərnişin avtobusları gətirilib. Yeni avtobuslar Avropa standartlarına tam cavab verir.

Həmin avtobuslar Nəqliyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və "Bakıbus” şirkəti tərəfindən gətirilib. Avtobuslarda sərnişinlərin rahatlığı üçün lazım olan bütün vasitələrlə təchiz olunub. Avtobusda kondisioner, havalandırma, soyutma və istiləşdirmə sistemləri var.

Yeni avtobuslardan əlillər də istifadə edə bilər.

Yeni avtobuslar I Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə sərnişinlərin ixtiyarına veriləcək. Həmin avtobusları idarə etmək üçün xüsusi geyimli sürücülər ayrılıb. Həmin sürücülər xarici dil kursları keçiblər. Onlar paytaxtın bütün ərazilərini yaxşı tanıyır və təcrübəli sürücülərdir.
 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol