• $
  • €
  • ₽
  • ₺
  • £

İkimərtəbəli qatarların istifadə vaxtı açıqlandı - FOTOLAR

İkimərtəbəli qatarların istifadə vaxtı açıqlandı - FOTOLAR
10.07.2015 20:13
Qatarlar yeni dərs ilinə kimi istifadəyə veriləcək

"Yeni dərs ili başlayana kimi Bakı-Xırdalan-Sumqayıt xətti üçün nəzərdə tutulan iki mərtəbəli qatarlar sərnişinlərin istifadəsinə veriləcək”. 

Bu sözləri ANS PRESS-ə açıqlamasında "Azərbaycan Dəmir YollarıAzərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

"İşlər yekunlaşmaq üzrədir və artıq 3 platforma tikilib. 4-cü platformada işlər aparılır. Bakı sərnişin stansiyasından ("28 May" metrosu) "Böyükşor" stansiyasına ("Koroğlu" metrosu) qədər dəmir yolunun kənarında çəpərləmə işləri həyata keçirilir. 63 km xəttin 52 km–lik hissəsi təmir olunub. Qalan hissədə isə təmir işləri davam etdirilir”.

Nadir Əzməmmədovun sözlərinə görə, bu xətt üzrə heç bir yeni stansiya tikilməyib. Lakin rabitə və siqnalizasiya sistemi yenidən qurulur. Təmir işləri çərçivəsində Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün yeni birləşdirici 1.6 km-lik yolda torpaq yatağında işlər gedir. Sumqayıt şəhərində 2 platforma və yeraltı keçid tikilib.

N. Əzməmmədovun sözlərinə görə, yeni qatarlar Bakı-Keşlə-Xırdalan-Güzdək-Sumqayıt xətti üzrə hərəkət edəcək. Yeni gətirilən qatarların sürəti saatda 160 km-ə çatır. Amma qatarlar saatda 160 km-lə hərəkət etməyəcək. Sürət elə tənzimlənəcək ki, sərnişinlər 40 dəqiqəyə sonuncu stansiyaya çata biləcəklər. 

Yeni qatarların ümumi sərnişin tutumu 919 nəfər, oturacaqların sayı isə 396-dır. Bunun 84-ü biznes sinfinə aiddir. Qurum rəsmisinin sözlərinə görə, elektrik qatarlarında ödənişlər nəqliyyat üçün ümumi ödəniş kartı - "Bakı kart"la həyata keçiriləcək. Bunun üçün Bakı sərnişin stansiyasında yeni turniketlər qurulur. Amma ki, gediş haqqının müəyyən edilməsi ilə bağlı Tarif Şurasına müraciət olunmayıb.

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib.








www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol