• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell regionlarda Ekspres ofislərinin sayını artırır

Azercell regionlarda Ekspres ofislərinin sayını artırır
06.08.2015 16:09
Şirkət Yardımlıda yeni AzEks istifadəyə verdi

Müştərilərinə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə ölkənin telekommunikasiya bazarının lideri Azercell Telekom Bakıda və eləcə də regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Belə ki, 4 avqust tarixindən etibarən şirkət Yardımlıda Heydər Əliyev prospekti, 74 ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verib. Yeni AzEks ofisi hamı üçün rahat olan "bir nöqtədə üç xidmət” ("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Xatırladaq ki, məhz Azercell Telekom 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə, MDB dövlətləri arasında öz abunəçilərinə bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət oldu.

Öz şəbəkəsini və əhatə dairəsini daim genişləndirən Azercell-in hal-hazırda Bakıda 15, regionlarda isə 35 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti Mərkəzi mövcuddur. Ümumillikdə isə Azərbaycan üzrə Ekspes ofislərinin sayı 50-yə çatıb. Yardımlıda açılan yeni ofis sakinlərə operativ və rahat xidmət göstərməklə yanaşı, eyni zamanda ölkənin ən nümunəvi və peşəkar abunə xidmətindən yararlanmağa imkan yaradacaq.

Əlavə olaraq onu da nəzərinizə çatdıraq ki, Asan-1, Asan-2, Asan-3 Xidmət Mərkəzləri və Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərində də Azercell şirkətinin müştəri xidmətləri fəaliyyət göstərir.

Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell bütün ölkə boyu Ekspres ofislərinin sayını artırmaqda davam edəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:12
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
İqtisadiyyat 14:37
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
İqtisadiyyat 11:41
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
İqtisadiyyat 10:13
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
Azərbaycan nefti 97 dollara ticarət olunur
İqtisadiyyat 09:58
Azərbaycan nefti 97 dollara ticarət olunur
Qızlın qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:25
Qızlın qiyməti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol