Rəşid Behbudovun 100 illik yubileyi qeyd olunacaq

Mədəniyyət və Turizm Nazirliyi ilin ikinci yarısında bir sıra tanınmış incəsənət xadimlərinin yubiley gecələrini təşkil edəcək.
Bu barədə "Report"a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, noyabr ayında xalq artisti, tanınmış müğənni Gülağa Məmmədovun 90 illiyinə, dekabr ayında xalq artisti, tanınmış bəstəkar Ağadadaş Dadaşovun 80 illiyinə həsr olunan yubiley tədbiri, xalq rəssamı Nadir Əbdürrəhmanovun 90 illiyinə həsr olunan sərgi, xalq artisti, tanınmış bəstəkar Tofiq Bakıxanovun 85 illiyinə həsr olunan festival, SSRİ xalq artisti, görkəmli müğənni Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















