Musiqinin əməliyyat zamanı ağrıları azaltdığı müəyyənləşib

Mütəxəssislər 7 mindən çox xəstənin fikirlərini öyrəniblər
Əməliyyat zamanı, əvvəl və sonra musiqi dinləmək ağrıları azaldır. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə ingilis elm adamları gəliblər.
Alimlər apardığı araşdırmaların nəticəsində əməliyyat zamanı, əvvəl və sonra musiqi dinləyən xəstələrin ağrısının daha az olduğunu və sağalma dövrünü daha asan keçirdiklərini müəyyən ediblər.
Mütəxəssislər 7 mindən çox xəstənin fikirlərini öyrəniblər. Xəstələrin bəziləri musiqinin ağrıları azaltdığını, bəziləri isə rahatladıcı təsirinin olduğunu qeyd ediblər. Eyni zamanda, musiqinin əməliyyatdan sonrakı narahatlığı də azaltdığı müəyyən olunub.
Elm adamları, həmçinin anesteziya zamanı da musiqinin müsbət təsir göstərdiyini sübuta yetiriblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















