• $
  • €
  • ₽
  • ₺
  • £

"Don Kixot"un yeni versiyası orijinalından çox satılır

"Don Kixot"un yeni versiyası orijinalından çox satılır
18.08.2015 22:21
Dünyanın ən yaxşı romanı hesab olunan "Don Kixot”-un dili oxunmaz olduğuna görə, İspaniyada romanın yeni, oxuna bilən, modern versiyası yaradılıb. Yeni versiya dərhal bestseller olub, amma çox keçmədən "ədəbiyyata qarşı cinayət” sözlərilə damğalanıb.

Miguel de Cervantes'in bu romanı ilk dəfə 1605-ci ildə nəşr olunub, 145 dilə tərcümə edilib. Cervantes İnstitutunun bildirdiyinə görə, İncildən sonra ən çox tərcümə olunmuş kitabdır.

İspan yazıçısı Andres Trapiello bu şah əsəri çağdaş oxucuların başa düşəcəyi dilə gətirməkdən ötrü 14 il sərf edib.

Trapiello’ya görə, səhifələrin altındakı izah qeydlərini oxumadan "Don Kixot”u anlamaq mümkün deyil. Yeni nəşrdə əhəmiyyətli dəyişikliklər var.

Cervantes 1616-cı ildə, 68 yaşında vəfat edib. Romanı yenidən işləyən Trapiello 1000 səhifəlik bu əsər üzərində işləyərkən ona heç tanış olmayan "trompogelas" kimi sözlərlə qarşılaşıb.

Bir neçə saat araşdırma aparandan sonra bu sözün təxminən belə bir mənası olduğuna qərar verib: "Bir qulaqdan girib o birindən çıxan.”

Bu romanı oxumamış və ya bir neçə dəfə oxumağa çalışmış, amma bacarmamış çoxlu insan var.

"Oxucular bu romanı neçə əsr əvvəlin dilində oxumağa məcbur idilər, halbuki, o dil günümüzdə anlaşılmır. Amma məktəblərdə "Don Kixot”u oxumaq üçün xüsusi olaraq həmin dili öyrədirlər. Çoxlarımızın məktəbdən bu cür xatirələri var."

İspan Dövlət Tədqiqat İnstitutunun sorğusuna cavab verən hər 10 oxucudan altısı deyib ki, onlar "Don Kixot”u dili çətin olduğuna görə oxuya bilmirlər.

İctimaiyyət yeni versiyanı xoşlayıb. Bu il iyul ayında yeni versiya ispandilli kitabların bestseller siyahısında EL James'in "Grey”-indən sonra doqquzuncu olub.

İspan akademikləri isə yeni versiyanı bəyənməyiblər. Madridin Carlos III Universitetinin müəllimi David Felipe Arranz yeni versiyanı "Ədəbiyyata qarşı cinayət” adlandırıb:

"Mən Madriddə kitab satıcılarından soruşdum,  deyirlər, orijinal romanı alan yoxdur. Çünki oxucular "layt” versiyanı üstün tuturlar. Böyük yazıçının sözlərini dəyişdirmək olmaz.”

Trapiello’nun versiyası dünyanın ilk modern romanı adlandırılan "Don Kixot”un yeganə sadələşdirilmiş versiyası deyil. 2014-cü ildə İspan Royal Akademiyası məktəblər üçün bu romanın sadələşdirilmiş versiyasını çap etmişdi.


Oxu Zalı

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol