Məşhur yazıçı “Quran”a qarşı çıxana belə cavab verdi

Dünyaca məşhur yazar Paulo Koelho Faceook səhifəsində "Quran”ın şəklini paylaşaraq altına "Dünyanı dəyişdirən kitab” yazıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Hiba B.Dakkak adlı bir ərəb qızı, şəklin altına "Quran” haqqında birmənalı qarşılanmayan şərh yazıb. "Doğrudur, şiddət və qətliamın qaynağı” deyə bildirib.
Yazıçı öz etirazını isə bu cür bildirib: "Bu doğru deyil. Mən xristianam və biz xristianlar əsrlər boyu inancımızı qılınc ilə yaymağa çalışıblar. Xaçlılar ifadəsinə lüğətdə baxın. Qadınları öldürdük.
Onlara ifritə dedik və elmi inkişaf etməyə mane olduq. Qalileoya elədiyimiz kimi. Ancaq bütün bunlar inanclarımızın deyil, onları istismar edənlərin problemidir” deyə məşhur yazar vurğulayıb. P.Koelhonun bu cür cavabı sosial şəbəkədə müzakirələrə səbəb olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















