Şərqdə neft və qan - Yeni kitab

Məhəmməd Əsəd bəy in "Şərqdə neft və qan" tarixi-publisistik romanı Azərbaycan dilində işıq üzü görüb. Kitabı alman dilindən Çərkəz Qurbanlı çevirib.
Kitabda XIX əsrin sonlarında və XX yüzilin əvvəlində Bakı şəhəri, burdakı neft maqnatlarının həyat tərzi, Suraxanıdakı Atəşgah və onun tarixi, azərbaycanlıların adət-ənənələri, Azərbaycanda yaşayan almanların bu ölkədəki tarixi, daşnak və bolşeviklərin 1918-ci ilin 30 mart 1 aprel tarixlərində azərbaycanlıra qarşı törətdiyi soyqırımı, Bakı komissarlarının rejimindən İrana və Türküstana qaçmış milli burjuaziyanın məşəqqətləri, 26 Bakı komissarlarının Türküstanda güllələnməsi, Türküstan və İran həyatı gənc yazıçının göz şahidliyi ilə oxunaqlı bir dildə təsvir olunur.
Roman ilk dəfə 1920-ci ildə, Məhəmməd Əsəd bəy Bakıdan ayrılandan cəmi doqquz il sonra çap olunub. Azərbaycan dilində isə kitabı bu günlərdə Bakı Kitab Klubu nəşr edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















