Peyğəmbərə dair filmin premyerası oldu

Avqustun 27-də İranda Məhəmməd Peyğəmbərin uşaqlığından bəhs edən filmin premyerası olub.
Majid Majidi-nin 171 dəqiqəlik bu filmi 40 milyon dollara başa gəlib və İranın indiyədək çəkdiyi ən bahalı film sayılır. Maliyyəni qismən dövlət ayırıb, film 7 ilə çəkilib.
Majidi bildirib ki, məqsəd İslamın son illər zorakı ekstremistlər tərəfindən korlanmış imicini özünə qaytarmaqdır.
Trilogiya olacaq filmin hələlik birinci hissəsi çəkilib, qalan iki hissənin nə vaxt hazır olacağı bəlli deyil.
Bu, Məhəmməd Peyğəmbərdən bəhs edən ikinci böyük filmdir. "Allahın elçisi Məhəmməd” adlı birinci film 1976-cı ildə Suriya mənşəli amerikalı rejissor Moustapha Akkad tərəfindən çəkilib. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















