• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın 4 aylıq repertuar planı təsdiq edildi

Musiqili Teatrın 4 aylıq repertuar planı təsdiq edildi
31.08.2015 13:34

Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümün ilk dörd ayı üçün repertuar planını açıqlayıb.
 
ANN.Az xəbər verir ki, qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, teatrın ilk iş günündə Bədii Şuranın üzvləri 2015-ci ilin sonuna qədər olan müddət üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 60 dəfəyə yaxın nümayiş etdiriləcək. Yeni teatr mövsümünün açılışı ötən mövsüm Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Mükafatını qazanmış "O olmasın, bu olsun” tamaşasıyla baş tutacaq. Dahi Üzeyir Hacıbəylinin bu ölməz sənət əsəri 10 sentyabr tarixində Bakıda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə "Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasının iştirakçılarına ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə təqdim olunacaq.
 
 
Qarşıdakı dörd ay ərzində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustası, Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızının, Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamalın, Xalq artisti Fatma Mahmudovanın, iki il ard-arda "İlin ən yaxşı gənc aktrisası” nominasiyasının qalibi olmuş Gültac Əlilinin, tamaçaşıların gördükləri zaman simalarını təbəssüm bürüyən Əməkdar artistlər Əkbər Əlizadənin, Novruz Qartalın, Nərgiz Kərimovanın, Ələkbər Əliyevin, Cingiz Əhmədovun, eləcə də gənc aktyorların iştirakıyla "Toya bir gün qalmış” (Ə. Səmədli), "Qızıl toy” (O. Kazimi, R. Heydər), "Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva), "Ər və arvad” (Ü. Hacıbəyli), "www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), "Kimdir müqəssir” (Ə. Haqverdiyev) və başqa tamaşaları izləyə biləcəklər. Habelə rus dilli və balaca tamaşaçılar üçün "Fransız sayağı qarnir” (M. Kamoletti), "Skapenin kələkləri” (J.B. Molyer), "Düyməcik” (H.K. Anderson), "Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və başqa səhnə əsərləri nümayiş olunacaq. Sentyabr ayının son günlərində SSRİ Xalq artisti, böyük bəstəkar Rauf Hacıyevin "Qafqazlı qardaşqızı” tamaşasının premyersı nəzərdə tutulur. Oktyabr ayında eyni zamanda teatrda məşhur Robert Sturuanın rəhbərlik etdiyi Rustavili Teatrının qastrolu palnlaşdırılır. Noyabr ayında isə ölməz gülüş ustası Bəşir Səfəroğlunun 90 illik və bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilən Afaq Bəşirqızının 60 illik yubiley tədbirləri keriləcək. 25 dekabr tarixindən isə 2016-cı ilin gəlişiylə bağlı Yeni İl şənliklərinə start veriləcək.
 
 
Artıq yeni mövsüm başlayır. Dövlət Musiqili Teatrının bir-birindən maraqlı tamaşalarına baxmaq istəyirsinizsə, afişalarımızı izləyin.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol