Habil Əliyevin xanımı: "Həkimlər əllərindən gələni edirlər"

Azərbaycanın xalq artisti Habil Əliyevin sağlıq durumu orta-ağır olaraq qalır.
Ötən gecəni nisbətən sakit keçirən sənətkarın durumunda müsbətə doğru dəyişiklik yoxdur.
Bu barədə "Report"a Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva məlumat verib.
O qeyd edib ki, həyat yoldaşının vəziyyəti dünən gecə nisbətən babat olub: "Əvəvlki gecəni lap ağır keçirdi. Həkimlər sağ olsunlar, 24 saat yanında olurlar. Əllərindən gələni edirlər. Allah, özü köməyi olsun. Hərdən gözlərini açıb, baxır amma günün çox hissəsi yuxuda olur. Yaxşı demək olmaz. Vəziyyəti orta-ağır olaraq qalır. Dünəndən süni şəkildə qidalandırılır. Dualarınızı əskik etməyin".
Xatırladaq ki, 88 yaşlı Habil Əliyev ağciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda ev şəraitində müalicə olunur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















