Mixay Volontir vəfat etdi

SSRİ-nin xalq artisti, moldovalı aktyor Mixay Volontir bu gün gecə 82 yaşında vəfat edib. Bu barədə "Sputnik Moldova” agentliyi məlumat yayıb.
Oxu.Az xəbər verir ki, aktyorun həyat yoldaşı Efrosinya Dobınde-Volontir onun ölümünə səbəbin uzan sürən xəstəliyin olduğunu bildirib.
Son aylarda Mixay Volontir doğma Beltsı şəhərində xəstəxanada stasionar müalicədə olub, daha sonra Kişinyovda Respublika kliniki xəstəxanada müalicə alıb.
Həkimlər bildirib ki, aktyorun xəstəlikləri yaşı ilə əlaqədar olaraq ağırlaşıb.
Azərbaycan tamaşaçıları Mixay Volontiri rejissor Rasim Ocaqovun "Tütək səsi” filmindəki Cəbrayıl rolu ilə tanıyırlar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















