YARAT-da "Axınla aşağı" filminin təqdimatı olacaq

Filmin nümayişi sual-cavab bölümü ilə davam edəcək
Sentyabrın 29-da YARAT Müasir İncəsənət Mərkəzində rejissor Asif Rüstəmovun "Axınla aşağı" bədii filminin təqdimatı olacaq.
"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" kinostudiyası yayıb.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan "Axınla aşağı” bədii filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırıblar.
Qeyd edəki ki, Karlovy Vary beynəlxalq film festivalının tarixində Azərbaycan ilk dəfə olaraq bu filmlə müsabiqə proqramında iştirak edib. Bugünədək film bir çox beynəlxalq film festivallarında iştirak edib və müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb. "Axınla aşağı”filmi rejissor Asif Rüstəmovun debüt tammetrajlı bədii filmidir.
Qeyd edək ki, filmin nümayişi sual-cavab bölümü ilə davam edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















