Beynəlxalq Musiqi Festivalında "Min bir gecə" nümayiş olundu

Dahi Üzeyir bəy Hacıbəylinin 130 illiyi münasibətilə keçirilən VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Akademik Opera və Balet Teatrının səhnəsində görkəmli bəstəkar Fikrət Əmirovun "Min bir gecə" baleti nümayiş etdirilib.
"Report" xəbər verir ki, baletin quruluşçu baletmeysteri Azərbaycanın əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Nailə Nəzirova olub.
Tamaşanın budəfəki dirijoru Əyyub Quliyev olub.
Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək keçirilən festivalın bağlanış mərasimi bu gün Azərabaycan Dövlət Filarmoniyasında olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















