Yumoristik əsərlər mükafatını ilk dəfə qadın aldı

Julie Schumacher (Culia Şumaxer) "Hörmətli Komitə üzvləri" ("Dear Commitee Members") romanıyla ABŞ-da yumor, komediya janrında yazılan əsərlərə verilən Thurber mükafatının qalibi olub. Bu, mükafatın 20 illik tarixində ilk qadın qalibdir.
Mükafatı yazıçı James Thurber’in Thurber Evi ədəbiyyat mərkəzi verir.
Culia Şumaxerin romanı bir qərbli professorun həyatından bəhs edir, o, həmkarlarına, tələbələrə və tanımadığı adamlara sonsuz dərəcədə çox zəmanət məktubları yazır və gündə neçə dəfə zəmanət məktubu yazmaq xahişləri alır.
Yazıçı Şumaxer Minnesota Universitetində yaradıcılıq müəllimidir. Mükafatı almaq üçün əsərlərə qoyulan tələb budur: "Thurber ənənəsilə yazılmalıdır, Thurber yumoru çox ağıllı və sarkastik idi.”
Mükafata hər il təxminən 65 əsər göndərilir.
Thurber 20-ci əsrin ortalarında yaşamış yumorist və karikaturaçı olub. Onlarla kitabın müəllifidir.
ABŞ-da yumoristik əsərlər üçün nəzərdə tutulmuş Mark Twain Mükafatı da mövcuddur. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















