• $
  • €
  • ₽
  • ₺
  • £

"Britannica" Ensiklopediyasında Azərbaycandan nə var?

"Britannica" Ensiklopediyasında Azərbaycandan nə var?
01.10.2015 23:00
Ümumi biliklər haqda dünyanın ən nüfuzlu ingilisdilli ensiklopediyası olan Britannica ensiklopediyası bir neçə illik fasilələrlə, hər dəfə genişlənmiş şəkildə çap olunur.

Əgər bu ensiklopediyanın 18-ci əsrdə Edinburqda çıxan ilk nəşri 3 cild idisə, sonra bir neçə illik fasilələrlə daha on beş dəfə nəşr olundu, tədricən cildlərin sayı artdı, nəhayət, 2010-cu ildə çıxmış nəşri 32 cild oldu.

Üç il bundan əvvəlsə həmin 2010-cu il nəşrinin kağızda çıxmış son nəşr olduğu haqda rəsmi qərar elan edildi. Yəni bundan sonra o, yalnız elektron formada, İnternet səhifəsində genişlənəcək.

Bu ensiklopediyanın 4 min yazarı (onlar arasında üç ABŞ prezidenti, çoxlu Nobel mükafatı laureatları, tanınmış yazıçılar) olub.

Belə bir nüfuzlu və ardıcıl çap olunan ensiklopediyada Azərbaycan haqqında nə var?

Son kağız versiyası Ensiklopediyanın İnternet səhifəsində də yerləşdirilib. Burada Azərbaycan haqda bir çox məlumatlar var.

Ölkə haqda coğrafi, etnik, tarixi biliklərdən tutmuş Hacı Məmmədovun cinayət işinə qədər məlumatlar.

Əbülfəz Elçibəy, Heydər Əliyev, Qarabağ xalçaları, Quba, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Naxçıvan kimi əyalət şəhərlərinin tarixi haqda onlarca kiçik məqalə.

Heydər Əliyev haqda məqalə bu cümləylə bitir:

"Dağlıq Qarabağın statusu haqda Ermənistanla slüh danışıqları aparıb, Azərbaycan neft sənayesini xarici sərmayələrə açıb, amma ölkə iqtisadi cəhətdən yoxsun olaraq qalıb."

Bu ensiklopediyada vacibliyin iki dərəcəsi var: Birinci dərəcə  - məqalədir (kiçik və böyük məqalə). Azərbaycanın dünya miqyasında vacib hesab olunan faktlarına ayrıca məqalə həsr olunub.

Vacibliyinə görə ikinci dərəcəli olan bilgilər isə "Azərbaycan" kimi ümumi məqalələrin içində bir və ya bir neçə cümləylə çatdırılıb.

Bu təqdimat Azərbaycana aid bir sıra məsələlərə dünyəvi ölçülər hissiyyatıyla kənardan baxmaq imkanı yaradır.

Məsələn, Azərbaycan ədəbiyyatı adlı məqalə bu ensiklopediyada heç yoxdur. Müqayisə üçün, qırğız ədəbiyyatı, qazax ədəbiyyatı, özbək ədəbiyyatı adlı ayrıca məqalələr var.

Türk ədəbiyyatı bölməsində Türkiyə ədəbiyyatının tarixi və bugünü əks olunur. Fars ədəbiyyatı bölməsində İran ədəbiyyatının tarixi və bugünü əks olunur. Bu ümumi məqalələrlə yanaşı, sözügedən xalqların bir neçə tanınmış yazıçısına da ayrıca məqalələr (Ziya Gökalp, Əhməd Yəsəvi, Rəcaizadə Mahmud Əkrəm, Namiq Kamal, Halidə Edib Adıvar, Çingiz Aytmatov, Orxan Pamuk və s.) həsr olunub.

Azərbaycan adlı məqalənin içində Mədəni həyat adlı bölmə var. Bu bölmədə filosof Bəhmənyar, şair Əbülhəsən Şirvani, A.Bakıxanov, dramaturq M.F.Axundovun adları çəkilir.

Məqalədə iki bəstəkar haqda bir neçə cümləylə məlumat verilir: Ü.Hacıbəyov və Qara Qarayev.

Azərbaycan alimi Kərim Kərimov ayrıca məqaləylə təqdim olunur. "Adı ictimaiyyətdən gizli saxlansa da, bu raket alimi Sovet fəza proramının mərkəzi fiquru olub."

Ensiklopediyanın yeni, 2010-cu il nəşrinə əlavələr edilmiş elektron versiyasında isə artıq dünyanın yeni siyasi mənzərəsinə aid fotolar, insan haqlarına aid məsələlər və s. də yer alır. /Azadliq.org

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol