Azərbaycan Fransada Sen-Deni sərgisində iştirak edəcək

Sərgidə Azərbaycan rəqsləri nümayiş olunacaq və Azərbaycan ifaçılarının iştirakı ilə konsertlər təşkil ediləcək
Azərbaycan oktyabr ayının 10-11-də Fransanın Orne departamentində keçiriləcək Sen-Deni sərgisində iştirak edəcək.
Parisdə "Azərbaycan Evi" təşkilatının baş katibi Mirvari Fətəlliyevanın "Report"a verdiyi məlumata görə, sərgidə Azərbaycan rəqsləri nümayiş olunacaq və Azərbaycan ifaçılarının iştirakı ilə konsertlər təşkil ediləcək.
Onun sözlərinə görə, tədbirdə ölkəmizi Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov təmsil edəcək. Bundan əlavə, tədbirdə "Azərbaycanın Fransadakı dostları" təşkilatının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan Fransua Mansel də iştirak edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















