Ramiz Rövşən iki film ssenarisi yazıb

Şair, kino-dramaturq Ramiz Rövşən yeni film ssenarisi yazıb.
R.Rövşən "Report"a açıqlamasında deyib ki, ssenarilər artıq hazırdır: "İki kinossenari yazmışam. Hələlik, ssenariləri kinostudiyaya təqdim etməmişəm".
Eyni zamanda, şair ötən illərdə yazılan əsərlərindən ibarət "Seçilmiş əsərlər" kitabı çap etdirməyi planlaşdırır: "Hərçənd, mənim seçilməyən əsərim yoxdur. Hamısı seçilmiş əsərlərdir".
Xatırladaq ki, Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















