“Qlobus” Teatrı “Hamlet” tamaşasını nümayiş etdirib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Şekspirin "Qlobus” teatrı "Hamlet” tamaşasını nümayiş etdirib. APA-nın məlumatına görə, tamaşanın nümayişindən əvvəl teatrın kollektivinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Teatrın bədii rəhbəri və baş rejissoru, xalq artisti Azərpaşa Nemət teatrın Azərbaycana gəlişini mühüm mədəni hadisə kimi dəyərləndirib.
Qeyd olunub ki, teatrın Azərbaycana qastrol səfəri Böyük Britaniya Birləşmiş Krallığının mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatı olan "British Council”, Avropa Azərbaycan Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə reallaşıb.
A. Nemət əlavə edib ki, "Hamlet" Azərbaycanda dəfələrlə tamaşaya qoyulub və maraqla qarşılanıb.
Qafqazda ilk dəfə Bakıda olduqlarını söyləyən tamaşanın rejissoru Tom Bort vurğulayıb ki, Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun "Qlobus” Teatrı 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək dünya turnesinə çıxıb. T. Bort Azərbaycana gəlməkdən məmnun olduğunu diqqətə çatdırıb.
"British Council Azərbaycan”ın direktoru Elizabet Vayt dünya turnesi çərçivəsində "Hamlet” tamaşası ilə Bakıda çıxış etməkdən məmnun olduqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, tamaşa ingilis və Azərbaycan dilində subtitrlərlə təqdim olunub.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər