Opera və Balet Teatrı Niyazinin "Rast" baletini nümayiş etdirəcək

Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin "Rast" simfonik muğamı əsasında səhnələşdirilmiş eyniadlı balet nümayiş etdiriləcək.
"Report" xəbər verir ki, ikipərdəli balet tamaşanın süjeti Azərbaycanın tarixinə aid faktlar əsasında qurulub.
Baletə xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva quruluş verib.
Libretto müəllifi Əjdər Hacıyev, quruluşçu rəssamı xalq rəssamı Rafis İsmayılovdur.
Tamaşada Tomris rolunda Tamilla Məmmədzadə, Atr rolunda Timur Oduşev, Banu obrazında isə Səlminaz Mirzəyeva çıxış edəcək.
Baletin dirijoru xalq artisti, professor Yalçın Adıgözəlovdur.
Qeyd edək ki, Niyazi "Rast" simfonik muğamını 1949-cu ildə bəstələyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















